• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2320
— 22.11.2018 18:03

Goranboyun daha iki kəndi qazlaşdırılıb

KepezTV Player

Goranboyda isə Goranlı və Həmənli kəndlərinin sakinləri mənzillərinə ilk dəfə mavi yanacağın verilməsinə seviniblər. Ümumilikdə 178 fərdi evdən ibarət olan kəndlərin qazlaşdırılması üçün 19 km-ə yaxın qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırııb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilməsi istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Bununlanda rayonda təbii qaz alan yaşayış məntəqələri 74-ə, abonentlərin sayı 20 minə çatıb. Rəsmi hissədən sonra kəndlərə qazın verilişini bildirən rəmzi məşəl alovlandırılıb. Evlərdə qaz cihazlarına baxış keçirilib.

Səadət Cəfərova  kənd sakini: Neçə vaxtdır hamının arzusudur ki, evində mavi alov şölələnsin. Şükür ki, bu gün bu arzumuza çatmışıq. Bu arzunu bizdən ötür reallaşdırna insanlar təşəkkür edirik. Arzu edirəm ömürlərinin aylarının illəri millətinə, elinə, obasına belə bir xeyrli işlər görməyə sərf olunsun.

Natiq Hüseyn