• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1046
— 22.11.2018 14:28

Ölkəyə qanunsuz gətirilən spirtli içkilər və mobil telefonlar aşkarlanıb

KepezTV Player

Rusiya istiqamətindən "Xanoba" gömrük postuna daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Avtomobilin gizli saxlanc yerlərindən gömrük orqanına bəyan olunmayan 23 ədəd müxtəlif markalı araqlar, 2 ədəd viski, həmçinin vətəndaşın idman çantasından 6 ədəd müxtəlif markalı mobil telefonlar aşkar edilib. Fakt araşdırılır.