• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1474
— 22.11.2018 11:59

Hidropnevmatik asma Mercedes-Benz GLE-də necə işləyir?

YouTube kanallarının birində E-Active Body Control adlı asmanın Mercedes-Benz GLE avtomobilində necə işlədiyi nümayiş olunub. 48 voltluq bort şəbəkəsi və hidroakkumlyator hər bir amortizatorlu dirəyin üstündə qurulub. Onların sayəsində ofroud individual şəkildə hər bir təkərin sərtliyinə və vəziyyətinə nəzarət edə bilər. E-Active Body Control sisteminə 15 metr məsafədən yolun əyriliyini müəyyən edən stereokamera, Airmatic pnevmoasması və güclü hidravlika daxildir. Kamera və digər sensorlardan məlumat toplayan bort kompüteri 3 millimetr dəqiqliklə kuzovun lazım olan yüksəkliyini təyin edir və beləliklə balansı kompensasiya eləyir. Işə düşmüş sistemi mexaniki yolla da tənzimləmək imkanı var.