• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1159
— 22.11.2018 10:56

Atəşdən sonra polis çağıran tapança yaradılıb

Axon şirkəti Pulse + adlı innovativ elektroşok silahı hazırlayıb. yeni qurğu polisi müstəqil çağırır. Bu isə atəş açılandan sonra baş verir. Silahdan istifadə zamanı onu istifadəçi smartfonu ilə sinxronlaşdırmaq tələb olunur. Atəş zamanı qurğu smartfonun polislə əlaqə yaratması və xilasetmə xidmətinə istifadəçinin olduğu yer haqqında geolokasiya məlumatlarının göndərilməsi üçün siqnal ötürür. Elektroşok silahının hədəfi vurma radiusu 4,5 metr təşkil edir. İlkin modelin qiyməti 449 dollara bərabərdir. İstehsalçı şirkət atəşdən sonra hadisə yerində qalan silahın yenisi ilə əvəzlənməsinə zəmanət verir.