Gəncədə Universitetinin həyətyanı ərazisində əl qumbarası aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə Gəncə şəhəri, Kəpəz rayonu, Şah İsmayıl Xətai prospektində partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub. Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Texnologiya Universitetinin həyətyanı ərazisinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd DM-41 əl qumbarası aşkar olunub, daşınması təhlükəli olduğuna görə təhlükəsizlik tədbirləri görülməklə yerində zərərsizləşdirilib.Sumqayıt Texnologiyalar Parkının ərazisinə də baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən 7 ədəd top mərmisi aşkar olunub, 3 ədəd mərminin daşınması mümkün olduğuna görə zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb, 4 ədəd mərminin daşınması təhlükəli olduğu üçün növbəti iş günündə yerində zərərsizləşdirilməsi nəzərdə tutulur.
- Baxış: 666