• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2280
— 21.11.2018 14:33

Gəncədə AXC-nin 100 illik yubileyinə həsr edilən daha bir tədbir baş tutub

KepezTV Player

Gənclər evində keçirilən toplantıda "Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Simulyasiyası" layihəsinin növbəti mərhələsi reallaşıb. 120-yə yaxın gəncin iştirak etdiyi layihədə AXC parlamentinin simulyasiyası təşkil edilib. Simulyasiyada gənclər o dövrün tarixi şəraitini və reallıqlarını nəzərə alaraq Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində təmsil olunan müxtəlif fraksiyaların adından müzakirələrdə iştirak edərək öz fikirlərini səsləndiriblər.