• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1995
— 21.11.2018 14:57

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla görüşüb

KepezTV Player

Hazırda şəhərin 30-a yaxın küçəsinin asfalt örtüyü yenilənir, həmin ərazilərdə müasir işıqlandırma sistemi qurulur. 148 çoxmərtəbəli binan dam örtüyünün dəyişdirilməsi işi də davam etdirilir. Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşlarla görüşündə vurğulayıb. “Açıq mikrofon” şəraitində keçən qəbulda 25-ə yaxın sakin işlə təminat, qəzalı vəziyyətdə olan fərdi yaşayış evinin təmiri, diabet xəstələrinə dərman preparatlarının verilməsi kimi məsələləri daha çox qabardıblar. İcra başçısı Gəncədə sosial evlərin inşası gündəmdə olduğunu və bu prosesə növbəti ilin əvvəlindən başlanılmasının planlaşdırıldığına diqqət çəkib.