• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1581
— 21.11.2018 14:33

“Asan xidmət” Şəmkir sakinləri üçün sağlamlıq aksiyası təşkil edib

KepezTV Player

“Asan xidmət” Şəmkir sakinləri üçün səyyar tibbi müayinə aksiyası təşkil edib. Terapevt, endokrinoloq, kardioloq, ginekoloq, dermatoloq, pediatr və oftalmoloqdan ibarət hakim briqadası ilə yanaşı vətəndaşlar ultrasəs müayinəsi və eko kardioqram xidmətlərindən də yararlanıblar. Şəmkir sakinləri həmçinin qanda şəkərin təyini ilə bağlı da müraciət ediblər. Gün ərzində 100-dən çox vətəndaş “Asan xidmətin” səyyar həkim birqadasının xidmətlərindən yararlanıb. Tibbi müayinənin gedişi ilə maraqlanan rayon rəhbərliyi   əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən bu layihəni müsbət hal kimi dəyərləndirib. Aksiya buna qədər Səyyar Asan xidmətin fəaliyyət göstərdiyi yaşayış məntəqələrində də təşkil edilib.

Tərlan Mirhəsənli - Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin baş mütəxəssisi: Əhali arasında təşkil olunan bu müayinələr pulsuzdur. Əsas məqsəd aztəminatlı ailələri müayinələrə cəlb edilməsi sağlam həyat tərzinin təblig edilməsi və cəmiyyət arasında proflaktik müayinə tədbirlərinin gücləndirilməsidir.

 

Natiq Hüseyn