• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1498
— 21.11.2018 13:19

Gömrük nəzarətindən gizlədilən mallar aşkarlandı

KepezTV Player

Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Kia Rio" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, avtomobilin yük yerindəki qara rəngli polietilen paketlərdən, 4 ədəd plastik qabda, ümumi çəkisi 2120 qram olan qara rəngli dənəvari balıq kürüsü, 2200 ədəd müxtəlif markalı siqaretlər, 2 ədəd "Samsung Galaxy S9" markalı mobil telefonlar aşkar olunub. Araşdırma aparılır.