• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2425
— 21.11.2018 10:03

İlk elektrikli Harley-Davidson motosikleti istehsala hazırdır

Amerikanın Harley-Davidson şirkəti özünün ilk elektriklə işləyən motosikletini kütləvi istehsal etməyə hazırdır. LiveWire aşağı hissədə yerləşdirilmiş daimi maqnit mühərriklə işləyir. Ağırlıq mərkəzinin azalması hesabına onları müxtəlif sürətlərdə idarə etmək asanlaşır. LiveWire iki akkumlyatorla təchiz olunur. Litium-ion hüceyrəli əsas batareya tökmə alüminium korpusla əhatələnib. Köməkçi 12 voltluq akkumlyator işıqlandırma sistemlərinin enerji təchizatı, idarəetmə orqanları, sükanaltı səsli siqnallar və rəngli sensor ekran üçün çalışır. Taçskrini idarə etmək üçün isə Bluetooth-a qoşulmaq və belədə musiqiyə qulaq asmaq, naviqatordan və digər funksiyalardan istifadə etmək olar. Elektrikli motosikleti enerji ilə təmin etmək üçün oturacağın altında yerləşən kabellə adi elektrik taxıc yuvasına qoşmaq kifayətdir. LiveWire motosikletinin 17 düymlük Michelin şinləri, tamamilə tənzimlənən Showa asması, anti-dartma sistemi, ABS əyləcləri və 7 gediş rejimi var. 2019-cu ildən satışa çıxacaq elektromotosikletin elə satış ərəfəsində qiyməti bəlli olacaq.