• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1051
— 20.11.2018 15:39

Göygöllə tanışlıq məktəblilərdə xoş ovqat yaradıb

KepezTV Player

“Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan Şirvan şəhəri, paytaxtın Binəqədi, Nərimanov, Sabunçu, həmçinin Abşeron, Şuşa, Zəngilan, İmişli, Neftçala, Salyan məktəbliləri Qədim Nizami yurdu ilə tanışlıqdan sonra füsunkar təbiəti olan Göygöl rayonuna səfər ediblər. Burada mehribanlıqla qarşılanan məktəblilər tur-aksiyanı Heydər Əliyev parkından başlayıblar. Parkda Heydər Əliyev, Gənclər və Uşaq-Əyləncə Mərkəzləri , həmçinin qapalı və üstüaçıq idman meydançaları fəaliyyət göstərir ki, bu da gənclərin boş vaxtlarını səmərəli keçirmələri üçün geniş imkanlar açır. Heydər Əliyev mərkəzində rayon  icra hakimiyyətinin rəsmlərə Göygöl haqqında geniş məlumat veriblər.  Daha sonra məktəblilər parkın ərazisində simvolik olaraq xatirə ağacları əkiblər. Şagirdlər vaxtilə almanların yaşadıqları və iki əsrdən sonra əsaslı şəkildə təmir edilərək öz əvvəlki görkəminə qaytarılmış küçələri gəzdilər, rayon Tarix Diyarşunaslıq Muzeyində eksponatlarla tanış olublar.  Qonaqlar Göygöl Dövlət Rəmzləri Muzeyinə baxış keçirməklə Bayraq Meydanından rayonu seyr ediblər. Məktəblilərin rayonda son dayanacağı Göygöl Milli Parkı olub.

Natiq Hüseyn