• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3178
— 20.11.2018 10:40

Aston Martin özünün ilk krossoverinin prototipini göstərdi

Aston Martin şirkəti DBX modelinin sınaqlarına başlayıb. Hazırda maşın Şimali Uels trassında test edilir. Burada ralli üzrə dünya çempionatı keçirilir. Modelin bazar buraxılışı 2019-cu ilin 4-cü rübünə təyin olunub. Krossover üçün xüsusi gediş sınaqlar proqramı hazırlanıb. Söhbət intensive simulyasiya testlərindən gedir. Avtomobil qütb dairələrindən keçməli, Yaxın Şərq səhrasından ötməli, Alp dağlarının dolama yollarını getməli, eləcə də Almaniyanın çox zolaqlı yollarını və təbii ki, məşhur Nürburqrinqi fəth etməlidir. Aston Martin DBX yeni platforma əsasında qurulub. Onu elektrikli Lagonda modelində də tətbiq edəcəklər. Krossover konseptdəki kimi hibrid güc sistemini qoruyub saxlayacaq, amma bununla yanaşı ənənəvi benzin aqreqatlar da olacaq: Mercedes-AMG-dən 600 və 750 at güclü biturbo V8 mühərriki. Özəlliklərdən yan güzgülər əvəzinə peyda olan kameraları da qeyd etmək olar. Aston Martinin ilk krossoveri əsasən Lamborghini Urus və hələ təqdim olunmamış Ferrari Purosangue modelləri ilə mübarizə aparacaq. İl ərzində bu maşından 5 min ədəd buraxılması planlaşdırılır.