• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1151
— 20.11.2018 10:42

ABŞ-da ilk dəfə titan təkərlər çap etdilər

Amerikanın disk istehsal edən HRE Wheels şirkəti və 3D printerlər hazırlayan GE Additive şirkəti birgə dünyada ilk dəfə titan təkərlər çap ediblər. 20 və 21 düymlük təkərlər HRE3D+ adını alıb. Çapında isə iki ədəd Arcam EBM printeri iştirak edib. Onlar elektron şüa əriməsi texnologiyası ilə işləyərək titan tozundan final detal yaradırlar. Bu detal isə təyin olunmuş proqram əsasında vakuumlu kameraya tökülür. Bu cür yanaşma xammaldan daha keyfiyyətli şəkildə istifadə etməyə gətirib çıxarır. Təkərin hazırlanmasında 80 faiz alüminium tullantılarından yararlanıblar.