• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1668
— 19.11.2018 14:47

“İrəli” İçtimai Birliyi Şəmkirdə inteletual zona yarışı keçirib

KepezTV Player

“İrəli” İctimai Birliyinin “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin  Gəncə-Qazax iqtisadi rayonu üzrə zona turniri keçirilib. Şəmkirdə reallaşan tədbirdə ölkədə gənclər üçün yaradılan şəraitdən, intellektual yarışların gənclər üçün əhəmiyyətindən danışıb. 4 intellektual oyun - "Xəmsə", "Nə? Harada? Nə zaman?", "Axtar-tap" və "Vətəni Tanı" əhatə edən layihədə qalib gələn komandalar Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanır. Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda baş tutan layihədə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70-dən artıq rayondan 1500 gənc iştirak edir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edir. Rəsmi hissədən sonra  Şəmkir, Ağstafa, Daşkəsən, Gədəbəy, Gəncə, Goranboy, Göygöl, Qazax, Naftalan, Samux və Tovuzdan olan gənclər intellektual yarışlarda bacarıqlarını nümayiş etdirib.

Mirhəsən Seyidov - “İrəli” İçtimai Birliyinin sədri: Düşünürəm ki bu yetərincə maraqlıdır. Çünki gənclər bizim ölkənin dinamikasıdır gənclər çevikdir və onların intelektual yetişməsi bizim üçün çox vacibdir. Beləliklə bu gün Şəmkirdə keçirilən Azərbaycan intelektual birincisində ətraf 11 regionun gənclərindən ibarət 200 nəfərə yaxın gənc iştirak edir. Mən inanıram ki ədalətli olan qalib gələcək.

 

Natiq Hüseyn