• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1979
— 19.11.2018 13:08

Marşrut avtobusu zəncirvari qəza törədib, ölən var

KepezTV Player

Daxili İşlər Nazirliyi Bakıda marşrut avtobusunun törətdiyi qəza ilə bağlı məlumat yayıb. Noyabrın 17-də saat 21 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Əbdürəhman Ərəbov idarə etdiyi “Daewoo” markalı 170 saylı xətt avtobusunu qarşıdakı işıqforda dayanmış 3 avtomobilə vurub. Avtobusun sürücüsü xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Bir gün sonra tibb müəssisəsində dünyasını dəyişib. Nəsimi rayon Polis İdarəsi tərəfindən fakt üzrə araşdırma aparılır.