• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 847
— 17.11.2018 15:43

Gəncənin orta məktəblərinin həyatyanı sahəsinə 1200 ağac əkilib

KepezTV Player

Gəncənin məktəblərində isə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunan “100 min ağac əkək” kampaniya çərçivəsində 1200 ağac tingi əkilib. Keçirilən aksiya zamanı boş sahələr təmizləyib və yerli iqlim şəraitinə uyğun olan Eldar şamı, Küknar, Sərv və digər ağac növləri əkilib. Həmçinin ərazidə əvvəlcədən əkilən ağaclara da qulluq göstərilib, dibləri bellənib, küləkdən qorumaq üçün xüsusi dayaqlar basdırılıb. Yaşıllıqların suvarılması təmin edilib.

Zakir Hüseynov Gəncə Şəhər Təhsil İdarəsinin müdiri:  “Bütün məktəbyanı əraziyə münasib ağaclar paylanılıb. Hər bir məktəbdə də ağac əkmə kampaniyası kütləvi şəkildə həyata keçirilir. Məqsədimiz də təkcə ağac əkmək yox bu ağacları qorumalıyıq, suvarıb və hər bir ağacı sağlam böyütmətməliyik.

Elnur Vahidoğlu