• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2374
— 17.11.2018 15:03

Göygöldə tur aksiyada iştirak edəcək şagirdlərlə görüş keçirilib

KepezTV Player

Göygöldə Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə tur-aksiyaya yollanacaq məktəblilərlə görüş keçirilib. “Ölkəmizi tanıyaq” layihəsinin iştirakçılarına tətil günlərindən səmərəli istifadə üçün yaradılan şəraitdən maksimum yararlanaraq yollanacaqları bölgənin tarixi, mədəniyyəti, bu günki sosial-iqtisadi inkişafı barədə daha çox məlumat əldə etmək tövsiyyə olunub. Bu tip layihələrin təşkilinin əhəmiyyətinə toxunulub və ildə iki dəfə 7 istiqamət üzrə təşkil edilən səfərlərin Azərbaycanın regionları barədə daha zəngin təəssurat yaratmaq baxımından önəmi vurğulanıb. Şimal-qərb regionuna yollanacaq şagirdlərin əvvəlki illərdə olduğu kimi xoş təsüratlarla geri dönəcəklərinə əminlik ifadə olunub. Tur-aksiyada məktəbliləri rayon icra hakimiyyətinin əməkdaşları, təhsil işçiləri, həkimlər də müşayiət edəcək.

Natiq Hüseyn