• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1935
— 17.11.2018 15:09

Gəncə və Şəmkir sakinlərinə 5 min ağac paylanıldı

KepezTV Player

Ölkə prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə “Hər ailə ağac əksin” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan və ənənəvi hal alan aksiya Gəncədə davam etdirilib. Aksiyada vətəndaşlara 3 minə yaxın müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb. Ağacların əkilmə qaydası və sonrakı qulluq prosesi mütəxəssilər tərəfindən aksiya iştiakçılarna izah olunub. Azərbaycanı yaşıl diyara çevirmək məqsədilə davam edən kompaniyadan hər bir ailə yararlana bilər.

Rasim Hacıyev – aksiya iştirakçısı: “Hər bir insan, hər bir ailə, hər bir Azərbaycan vətəndaşı bir ağac əkməlidir. Bu yaşıllıqların qorunması və genişləndirilməsi gələcəyimiz üçün çox vacibdir. Məndə bir gəncəli kimi bu aksiyaya ailəmlə, kollektivimlə birgə qoşuluram və dəstəkləyirəm”

Xəzail Hacıyev aksiya iştirakçısı: “Ekologiya və təbbi sərvətlər nazirliyinin keçirdiyi bu aksiyada yaxından iştirak edirəm. Hər bir ailənin Gəncə şəhərində ağac əkməsi çox təqdirə layiq bir addımdır”

 

Şəmkirdə də “Hər ailə ağac əksin” aksiyası baş tutub. Vətəndaşlara Regional Meşə Mühafizəsi və Bərpası Mərkəzinin tingçilik sahəsində yetişdirilən 8 növdən ibarət 2000-dən çox ağac tingləri paylanılıb. Paylanılan alma, ərik, tut, xurma, badam, eləcə də sərf, eldar şamı, xan çınar ağacları olub. Kampaniyaya “Bir şagird bir ağac əksin və qorusun” şüarı altında məktəblilər də qoşulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ağac əkilməsinin təşviqi kampaniyasında vətəndaşlara, ümumilikdə 120 minə yaxın müxtəlif meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb. Onlardan 80 mini məktəblilərin payına düşüb.

Sahib Hüseynov sakin: Özümün şəxsi fermam var. Həmin fermanın ərazisində 100 hekar torpaq sahəsi var. Orada meyvə bağı yonca sahəsi və digər təsərrüfatlar mövcuddur. Hal-hazırda bu aksiyadan o qədər razı qaldım ki  mənə lazımı qədər ştil verdilər. Çox güman ki bunları əkib təsərrüfatımı bir azda böyüdəcəm.

Sənayə Namazova sakin: Bu gün bu ağacı evimizə aparırıq. Allah canlarını sağ etsin əkəcəyik bar verəcək. Uşaqlarımız yeyəcək. Sağ olsunlar.

Natiq Hüseyn