• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 935
— 16.11.2018 14:07

Ədliyyə Nazirliyinin Gəncə Regional İdarəsinin təşkilatçılığı ilə konfrans keçirilib

KepezTV Player

AXC-nin və Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyi münasibəti ilə Ədliyyə Nazirliyinin Gəncə Regional İdarəsinin təşkilatçılığı ilə “Azərbaycan Ədliyyəsi dünən və bu gün” mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan ədliyyəsinin çətin, lakin şərəfli yoluna nəzər salıb, bu qurumun inkişafını xranoloji ardıcıllıqla təqdim edilib. Azərbaycan ədliyyəsinin inkişafının ümummili lider Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb. Müstəqillik illərində Ədliyyə Nazirliyinin maddi-texniki bazası daha da möhkəmlənib, məhkəmə-hüquq sisteminin standartlara uyğun fəaliyyəti təmin edilib, ən son texnologiyalar tətbiq olunub. Azərbaycan prezidenti İlham Əliyevin qağısı nəticəsində ədliyyə işçilərinin iş şəraiti yaxşılaşıb, onların fəaliyyətinin innovativ texnologiyalara əsaslanan dinamik inkişafı təmin edilib. Konfrans öz işini Azərbaycan ədliyyəsinə həsr olunan filmlə davam etdirdi.