• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2064
— 16.11.2018 14:15

Qeyri sabit hava şəraiti noyabr ayının 19-dək davam edəcək

KepezTV Player

Bir neçə gündür ki, qərb bölgəsində davam edən qeyri sabit hava şəraiti noyabr ayının 19-dək davam edəcəkdir. Bu barədə məlumatı Qərb Regional Hidrometerologiya Mərkəzi verib. Qurumdan bildirilib ki, hava şəraitini kəskin dəyişməsi və yağmurlu keçməsi tempuraturun ötən günlərə nisbətən 2-5 dərəcə aşağı düşməsi praqnozlaşdırılır.  Dağlıq və dağətəyi ərazilərə qarın davamlı yağması hələki müşasihə olunmayıb. Dağ çaylarında sel və daşqın təhlükəsi gözlənilmir. Hazırda Gəncə şəhərində havanın atmosfer təzyiqi 740 milli metr çivə sütünü isə 97%-dir. Havanın orta tmpuraturu isə 7-11 dərəcədir.

Musa Şükürov - Qərb Regional Hidrometerologiya Mərkəzinin direktor müavini: “Noyabr ayının 17-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayın 18-dən isə havanın əsasən yağmursuz olacağı praqnozlaşdırılır. Mülayim şərq küləyi əsəcək, səhər bəzi yerlərdə duman olacaqdır. Tempuratur rejiminə gəldikdə isə gecə 5-8 dərəcə, gündüz 9-13 dərəcə isti, dağlarda isə 0-2 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq.