• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1684
— 16.11.2018 14:56

ADAU-da Unibook – təhsilin informasiya idarəetmə sisteminin tətbiqinə başlanılıb

KepezTV Player

Universitetlə ölkəmizin qabaqcıl texnologiya şirkəti olan “Neuron Technologies” arasında bağlanan müqavilə tələbələrin və müəllimlərin elektron məlumat bazasının yaradılması, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə, elektron imtahan, interaktiv forum və kommunikasiya, insan resurslarının idarə edilməsi, təqaüd hesablanması və digər alt-sistemlərin tətbiqini nəzərdə tutulur. Bulud platformasında istifadə ediləcək sistem tələbələrə tədris strukturlarını, avtomatlaşdırılmış alt sistemləri özündə birləşdirən vahid informasiya mühitində istənilən fənn üzrə materialları onlayn qaydada əldə etməyə, müəllimlərin mühazirələri ilə tanış olmağa imkan yaradır. Bütün tələbələrə və müəllimlərə onlayn sistemə giriş imkanı veriləcək və bunun üçün hər bir istifadəçinin xüsusi şifrəsi olacaq. Elektron məlumat və idarəetmə sisteminin tətbiqi Azərbaycan Dövlət Aqrar Universitetində son informasiya texnologiyalarına əsaslanan yeni təhsil idarəetmə sisteminin formalaşdırılmasına töhfə verəcək.