• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2370
— 16.11.2018 14:20

“Ölkəmizi tanıyaq” tur aksiyasının iştirakçıları Göygöldə olub

KepezTV Player

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində məktəblilər Göygöl rayonuna səfər edib. Heydər Əliyev parkında ulu öndərin adını daşıyan mərkəzdə Göygölün tarixi, mədəniyyəti və iqtisadiyyatı haqqında ətraflı məlumat verilib. Burada yaradılan bölmələrlə tanış olublar. Bakı və Sumqayır, eləcə də cənub bölgəsindən olan məktəblilər parkın ərtazisində şam ağacları da əkiblər. Gənclər Mərkəzini, rayonun mərkəzi və küçə prespektlərini gəzən şagirdlərə almanlar tərəfindən tikilən evlər barədə də bilgilər verilib. Tarix-Diyarşünaslıq Muzeyində isə eksponatlar və muzeyin yerləşdiyi kilsə şagirdlərin diqqətini çəkib. Məktəblilər Dövlət Rəmzləri muzeyində olub, Bayraq meydanından rayonun mənzərəsini seyr ediblər. Ekskursiyanın son dayanacağı isə Göygöl Milli Parkı olub.

Aytac Yüzbəyova - məktəbli: Bu gün Göygöldə olduq. Burada yerləşən Heydər Əliyev və Gənclər mərkəzi Alman kilsəsi ilə tanış olduq. Bu rayonun gözəlliyinə hlə də heyranıq. Mən inanıram ki bundan sonra Göygölümüzə daha çox turustlər gələcək. Bizdə bunun üçün çox çalışmalı və vətənimizi tərifləməliyik.

Cavid Rəsulzadə - məktəbli: Bu gün biz Göygöl şəhərindəyik. Göygölün mərkəzi küçələrini gəzdik. Heydər Əliyev mərkəzi və Heydər Əliyev parkı ilə tanış olduq. Burada bizi çox yaxşı qarşıladılar. Dünəndə Gəncməzin gözəl abidələri ilə tanış olduq. Həqiqəqətən məni bu şəhərlər və ölkəmiz valeh edir. İnanıram ki mən burada qazandığım bilikləri həyatımın hər anında istifadə edəcəm.

 

Natiq Hüseyn