• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1578
— 16.11.2018 14:23

Samux və Qazaxda Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib

KepezTV Player

Samuxda Milli Dirçəliş Günü münasibətilə tədbir keçirilib. Türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyevin Vətənə qayıdışı ilə Azərbaycanın milli azadlıq hərəkatında yeni mərhələnin başlandığına diqqət çəkiblər. 28 il bundan öncə Naxçıvan Ali Sovetinin sessiyasında dahi şəxsiyyətin qətiyyətindən söz açılıb. Bu gün də Azərbaycanın dünya birliyində özünə layiqli yer tutan, enerji və nəqliyyat qovşağına çevrilən, güclü orduya malik olan ölkəyə çevrildiyinə diqqət çəkilib.

Milli Dirçəliş Günü münasibəti ilə Qazaxda keçirilən tədbirdə də tarixi reallıqların bu gün xalqımızın şərəfli salnaməsinə çevrildiyi önə çəkilib. Xalq hərəkatının başlandığı 17 noyabr gününün 1993-cü ildə görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə nəticələndiyi və milli-azadlıq hərəkatının istiqlal mücadiləsində mühüm rolundan danışılıb. Dövlətə inam və orduya güvən nümayiş etdirilən tədbirdə işğal altında olan torpaqlarımız tezliklə azad olunacağı və məcburi köçkünlər öz yurd yuvalarına qayıdacaqları da vurğulanıb.

 

Natiq Hüseyn