• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1736
— 16.11.2018 13:32

Gürcüstandan Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

KepezTV Player

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstan vətəndaşları saxlanılıb. Saxlanılan şəxslərin nəqliyyat vasitələrinə baxış zamanı narkotik vasitələr aşkar edilib. Gürcüstandan gələn bu ölkə vətəndaşları - Gıvı Qriqoliçə məxsus nəqliyyat vasitəsinin salonundakı cihazlar panelində siqaret külünün tökülməsi üçün nəzərdə tutulan yerdən, ümumi çəkisi 3 qram, Vaxtanq Piruzoviçə məxsus nəqliyyat vasitəsinin salonundakı, cihazlar panelində sənədlər üçün nəzərdə tutulan dolabından isə, ümumi çəkisi 7 qram olan narkotik vasitə - marixuana aşkarlanıb. Gömrük postunda daha bir fakt qeydə alınıb. Gürcüstan istiqamətindən "Mazımçay" gömrük postuna daxil olan Türkmənistan Respublikası vətəndaşı Nurmammet Orazova məxsus yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Sorğu-sual zamanı vətəndaş üzərində və ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitənin olmadığını bildirib. Vətəndaş özünü şübhəli və narahat apardığı üçün onun üzərində şəxsi yoxlama aparılıb və əynindəki gödəkçənin sol üst cibindən üç bükümdə, ümumi çəkisi 13 qram olan narkotik vasitə - tiryək aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılır.