• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1811
— 15.11.2018 15:44

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın iştirakçıları Gəncə ilə tanış olur

KepezTV Player

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın 9 şəhər və rayondan olan iştirakçıları Gəncə ilə tanış olur. Bakı və Sumqayıtdan, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan IX-XI sinif şagirdlərinin şəhərlə tanışlığı Heydər Əliyev Park Kompleksindən başlayıb. Zəfər Tağı önündə qarşılanan tur-aksiya iştirakçılarına ölkənin ikinci böyük şəhəri Gəncənin zəngin və çoxəsrlik tarixi, mədəniyyəti haqqında, son illərdə keçdiyi sürətli inkişaf yolu barədə ətraflı məlumat çatdırılıb. Tanış olacaqları məkanlardan bəhs edən Gəncənin bələdçi kitabları paylanılıb. Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını, Gəncə şəhərinə tarixi səfərlərini əks etdirən foto və sənədlərlə tanış olublar. Məktəblilərin Qərb bölgəsi ilə tanışlığı noyabrın 17-də davam edəcək.