• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 789
— 15.11.2018 15:09

Şəmkirin dağ məktəbləri odun yanacağı ilə təchiz edilib

KepezTV Player

Şəmkir rayonunda məktəblərin qış mövsümnə hazırlıq prosesi başa çatıb. Əvvəlki dərs ilində olduğu bu mövsümdə də rayonda 33 məktəb mərkəzi, 9 təhsil ocağı fərdi qazanxana, 2 təhsil müəssisəsi isə elektrik enrjisi isə qızıdırılacaq. Yerdə qalan 35 məktəb isə odun yanacağının hesabına isidiləcək. Bu da əsasən dağ kəndlərində fəaliyyət göstərən məktəblərdir. Bunun üçün Şəmkir məktəblərinə ümumilikdə 1100 kubmetr odun yanacağı tədarük edilib. 7 saylı Ərazi Maliyyə Hesablaşma mərkəzindən əmin edilər ki, hava şəraitindən asılı olmayaraq şagirdlər sinif otaqlarında istilik sarıdan əziyyət çəkməyəcək. 

Təyyar Hüseynov 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin məsləhətçisi: Bütün məktəblərdə qazanxanalar tam hazır vəziyyətdədir. Odun yanacaqdan istifadəe dən məktəblərə normaya uyğun yanacaq verilib. Tək Şəmkir deyil 7 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əhatə etdiyi digər rayonlardada məktəblərin qışa hazırlığı tam başa çatdırılıb.

Natiq Hüseyn