• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1594
— 15.11.2018 15:04

Gəncədən dağlıq rayonlara sərnişin daşıyan avtobuslar saz vəziyyətə gətirilib

KepezTV Player

Gəncədən qərb istiqamətinə, xüsusəndə dağlıq rayonlara sərnişindaşıma xidməti göstərən avtobuslar qış mövsümünə uyğun olaraq saz vəziyyətə gətirilib. Məqsəd qarlı və şaxtalı havalarda sərnişinlərin vaxtında və təhlükəsiz mənzil başına çatdırmaqdır.

Qərb istiqaməti üzrə fəaliyyət göstərən avtovağzaldan gün ərzində Şəmkir, Tovuz, Ağstafa, Qazax, Daşkəsən və Gədəbəyin rayon mərkəzi və kəndlərinə 100-dən artıq reys həyata keçirilir. Daşkəsən və Gədəbəy rayonları dağlıq ərazi olduğundan, qarlı və şaxtalı havalarda bu istiqamətlər üzrə  hərəkət etmək nisbətən çətinlik yaradır. Bu nəzərə alınaraq avtovağzaldan sərnişindaşıma həyata keçirən nəqliyyat vasitələri texniki baxışdan keçirilərək qış mövsümünə uyğun sazlanıb.

Rasim Nurməhəmmədi avtovağzalın direktoru: Biz əvvəlcədən sürücüləri təlimatlandırmışıq. Hava şəraiti ilə əlaqədar bütün maşınlar saz vəziyyətdə saxlanılmalıdır. Təkərlər, şüşələr, istilik və digər texniki məsələlər tam həllini tapıb. Hava şəraitindən asılı olmayaraq işlərimiz mütəmadi olaraq davam etdiriləcək. 

sürücü: Yollarımız hələki yaxşıdı. Qış rejiminə keçdiyimizə görə qış təkərlərinə keçmişik. Bununla belə zincirlərimizdə var. 

sürücü: Təkərlərimizi təzələmişik, istilik sistemini işlək vəziyyətə gətirmişik. Qışda yolda qalmamaq üçün bütün hazırlıqları görmüşük.

Görülən tədbirlər reyslərin qrafiq üzrə hərəkətinə və sərnişinlərin vaxtında mənzil başına çatmasına imkan verir.

sərnişin: Avtobuslarımız yaxşı işdiyirlər. Yağdı-yağmadı həmişə işliyir.  Heç vaxt yolda qalmırıq.

sərnişin : Elə bir çətinliyimiz yoxdur. Rahat gedib gəlirik. Yollarımızda çox şükür yaxşıdı.

Gələn ildən başlayaraq avtovağzalda istismar müddətini başa vuran avtobusların yenilənməsi də həyata keçiriləcək.

Elton Cabbarlı