• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 818
— 15.11.2018 10:10

Parker Solar Probe zondu Günəşə rekord məsafədə yaxınlaşdı

ABŞ Kosmik Agentliyinin (NASA) Günəşin kənar haləsinin öyrənilməsi üçün nəzərdə tutulan Parker Solar Probe kosmik zondu ilk dəfə Günəşə yaxınlaşıb. Aparat saatda 343 min km sürətlə hərəkət edir. Maksimal yaxınlaşma nöqtəsində zond Selsi üzrə təxminən 19,9 milyon dərəcə təşkil edən temperatura dözüb. Oktyabrın 29-da isə Parker Solar Probe indiyədək yaradılan aparatlar arasında Günəşə ən çox yaxınlaşmaqla Almaniya və ABŞ-a məxsus Hellios 2 zondunun 41,8 milyon km rekordunu üstələyib.  Avqustun 12-də buraxılan Parker Solar Probe kosmik zondu 1958-ci ildə Günəş küləyinin mövcudluğunu sübut edən astrofizik Yucin Parkerin şərəfinə adlandırılıb.

Hazırda Çikaqo Universitetində çalışan məşhur alim Parker Solar Probe missiyası layihəsinin iştirakçısıdır. Tədqiqatçı layihədə Günəşə məlumat göndərməklə məşğuldur. Bu, alim tərəfindən yaradılacaq üstü yazılı "boşqab" olacaq. Bundan başqa, zondda astrofizikin fotoşəkilinin əks olunduğu çip saxlanılacaq.

Zond orbitdə Günəşdən 3,7 milyon mil uzaqlıqda yerləşəcək. Onun vasitəsilə əldə edilən müşahidələr ulduzların fizikası haqqında yeni məlumatlar almağa, sirli halə barədə mövcud bilikləri dəyişməyə, günəş küləyi haqqında ətraflı məlumat verməyə imkan verəcək və kosmosdan havanın proqnozlaşdırılmasını yaxşılaşdırmağa kömək edəcək. Bu hadisələr peyklərə, astronavtlara təsir göstərə, Yerdə isə radiasiya şüalanmasında və elektrik şəbəkələrinin fəaliyyətində əks oluna bilər. Günəşə uçuş 60 il əvvəl planlaşdırılsa da, o vaxt zondun yaradılması üçün materiallar mövcud olmayıb. Zondun Günəş ətrafında sürəti saatda 450 min mil təşkil edəcək. Missiyanın 2025-ci ilin iyununda başa çatacağı gözlənilir.