• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1138
— 14.11.2018 10:03

Hərbi xarakterli Chevrolet Silverado

General Motorsun müdafiə bölməsi hərbiləşdirilmiş Chevrolet Silverado ZH2 pikapının görütülərini yayıb. Yolsuzluq avtomobili növbəti nəsil modelin mülki bazasında yığılıb və hidrogen yanacaq elementləri işləyən güc sistemi ilə təchiz olunub. Chevrolet Silverado ZH2 təkmilləşmiş litium-ion batareyası və hidrogen üçün 3 balonlu yeni Hydrotec güc sistemi əldə edib. Pikapın gediş ehtiyatı 640 kilometrə çatır. Maşın ekstremal aşağı temperaturlarda işləmək və istənilən yolsuzluq şəraitində hərəkət etmək qabiliyyətindədir.