• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 983
— 13.11.2018 15:50

Bu il Göygöl rayonun da 8 min hk əraziyə payızlıq taxıl səpiləcək

KepezTV Player

Aqrar rayon olan Göygölün dəmyə torpaq ərazilərində payızlıq taxıl səpini tam başa çatıb. Hazırda suvarılan torpaqlarda aparılan səpinin tez bir zamanda başa çatdırılması planlaşdırılır.

Mübariz Cəfərov fermer : Bizim 350 hk əkin sahəmiz var. Onun 250 hektarını əkib səpmişik. Bir 50 hk torpaq xama qoyulub, xam torpaqlar olacaq. 50 hk yerimiz qalıb, onu da yekunlaşdırıb bir iki günə qurtaracağıq.

Bu il Göygöldə 8 min ha-da payızlıq şum aparılıb. Bu ərazilərin 4500 ha-ı dəmyə, 3500-ü isə suvarılan torpaqlardır. Dəmyə torpaqlarda payızlıq səpin yekunlaşsa da suvarılan ərazilərin 1000 hk-da əkin işləri başa çatdırıb. Səpində istifadə olunan mineral gübrələr də əvvəlcədən fermerlərə paylanılıb.

Adil Kərimzadə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri: Rayon ərazisində istehsalçılar əvvəlki illərdən fərqli olaraq daha çox mineral gübrələrdən istifadə etməklə səpin aparmağa üstünlük verirlər. Dövlət tərəfindən tətbiq olunan güzəştlərdən istifadə etməklə gübrələri alırlar və istifadə edirlər. Rayon ərazisində səpin və yaxudda şumla bağlı hər hansı bir problem baş verərsə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzi dərhal müdaxilə edir problemi aradan qaldırır. İndiyə kimi bu hal baş verməyib.”.

Bu il rayon ərazisində 42 ədəd şum traktoru, 22 ədəd səpin aqreqatı payızlıq taxıl səpininə cəlb edilib.  

Adil Nəzərov mexanizator: Günə 15-16 hk taxıl səpirik. Texnika sarıdan heç bir problemimiz yoxdu. İstəyirik ki, tez bir zamanda səpinimizi bitirək.

Ötən il rayon üzrə 8 min hk-a yaxın ərazidə payızlıq taxıl səpilib və 19 min 723 t məhsul götürülüb. Hər hektardan isə orta məhsuldarlıq 26,3 sentner olub.

Elnur Vahidoğlu