• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1744
— 13.11.2018 15:44

Şəmkirin Kür qəsəbəsində məktəb binası əsaslı təmir olunub

KepezTV Player

Şəmkir rayonu Kür qəsəbəsi Hacı Zeynəlabdın Tağıyev adına 2 saylı tam orta məktəbinin mövcud binası əsaslı təmirdən sonra şagird və müəllimlərin ixtiyarına verilib. Rayonda mövcud təhsil ocaqlarının 70 faizinin yeniləndiyi, Heydər Əliyev fondu tərəfindən 10-a yaxın yeni məktəb binasının inşa edildiyi diqqətə çatdırılıb. 1176 şagird yerlik təhsil müəssisəsində tədrisin günün tələbləri səviyyəsində aparılması üçün bütün şərait yaradılıb, kimya, fizika, biologiya, hərbi hazırlıq, informatika, texnologiya, fənn kabinetləri və laboratoriyalar, müəllimlər, tibb, arxiv və digər otaqlar yaradılıb. Məktəbin zəngin kitabxanası da müasir səviyyədə qurulub. 156 nəfərlik akt zalında isə müxtəlif kütləvi tədbirlərin keçirilməsi mümükan olacaq. Məktəbin idman zalıda quraşdırılan qurğular şagirdlərin fiziki təbiyyəsində mühüm hesab edilir.

Ruhiyyə Rəfiyeva məktəbin direktoru: Hacı Zeynəlabdın Tağıyev adına kür qəsəbə 2 saylı tam orta məktəbi şəmkirin qabacıl təhsil ocalqrındandır. Bu gün məktəbimiz cənab prezident İlham Əliyevin 22 yanvar 2018 ci il tarixli sərəncamına əasən əsaslı ətmir olunub. Biz məktəb daim naliyyətləri ilə seçilib. Ötən dərs ilinin yekunlarına görə buraxılış imtahanlarında qəbul faizı 70-71 faiz olub. Bizə göstərilən bu etimadı doğruldacağıq və gələcəkdə bundanda yüksək nəticələrə nail olacağıq.

Natiq Hüseyn