• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2275
— 13.11.2018 13:47

Yol qəzaları fəsadsız ötüşmədi

KepezTV Player

Goranboy rayonunda yol qəzası baş verib. Hadisə Fəxralı kəndində qeydə alınıb. Minik avtomobilinin aşması nəticəsində iki nəfər yaralanıb. Yaralılardan  36 yaşlı İlahə Xoyluyeva Gəncə şəhər Təcili Tibbi Yardim Xəstəxanasına yerləşdirilib. Ona qapalı kəllə-beyin travması, beynin əzniyi diaqnozu qoyulub. Tibbi yardımdan sonra başqa xəstəxanaya aparılıb.

Bakının Nərimanov rayonunda yol nəqliyyat hadisəsi baş verib. Qəza Ziya Bünyadov prospektində qeydə alınıb. Mercedes markalı maşının sürücüsü kəsişmədə yol verməli olduğu halda hərəkəti davam etdirib. Nəticədə avtomobil digər Mercedesə çırpılıb. Mercedes də yol kənarında nasaz vəziyyətdə dayanan  Volswagenə dəyib. Qəzanı törədən sürücü sərxoş olduğundan hadisə yerindən qaçıb. Zəncirvari qəza zamanı bir nəfər xəsarət alıb.

Nərimanov rayonunda daha bir yol nəqliyyat hadisəsi Həsən Əliyev küçəsində baş verib. Nexia Ravon markalı avtomobil tuneldən çıxan Kia Rio markalı avtomobilə arxadan çırpılıb. Zərəbənin təsirindən KİA yolun hərəkət hissəsindən çıxaraq bardürə dəyib. Hadisə zamanı Kianın sürücüsü xəsarət alıb. Əraziyə təcili tibbi yardım avtomobili çağırılıb. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib.

Avtomobillər cərimə meydançasına aparılıb.