• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2569
— 12.11.2018 14:46

Qazaxda "Rayonumuzu tanıyaq” devizi altında yeni layihəyəyə start verilib

KepezTV Player

Qazaxda “Ölkəmizi tanıyaq” devizi altında keçiriləcək tur aksiyasının cənub bölgəsinə səfər edəcək iştirakçıları əvvəlcə doğma rayonlarının gəzməli, görməli yerlərində olub, Qazax haqqında dolğun məlumatlar əldə ediblər. Şəhidlər Xiyabanını ziyarətlə başlayan gəzinti bu il 100 illiyini qeyd edəcək Qazax Müəllimlər Seminariyasında davam edib. Seminariyanın Azərbaycan təhsilinə bəxş etdiyi dəyərli insanlar yad ediblər. "Azərxalça” ASC-nin Qazax filialı ilə tanışlıq da yaddaqalan olub. Burada qurulmuş xanalar, toxunan xalçalar məktəblilərdə maraq yaradıb.  Tur-aksiya iştirakçıları Ədəbiyyat muzeyinədə, Abbasbəyli kəndində Göyəzən dağının ətəklərində olublar. Daş Salahlı kəndindəki Damcılı mağarası ilə tanışlıq da məktəblilərə yeni biligilər əldə etmək imkanı verib. Səməd Vurğunun Poeziya evi, Qazax Tarix-Diyarşünaslıq Muzeyini gəzinti də yaddaqalan olub. Məktəblilər həmçinin rayonda həyata keçirilən geniş miqyaslı abadlıq urucluq işləri, eləcə də yeni istehsal və emal müəssiələri ilə yaxından  tanış olublar.

Natiq Hüseyn