• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 911
— 12.11.2018 14:52

Gəncə Dövlət Flarmoniyasında Aşıq Şəmşirin 125 illiyi ilə bağlı tədbir keçirilib

KepezTV Player

Ölkə başçısın sərəncamından irəli gələrək Gəncə Dövlət Flarmoniyasında Aşıq Şəmşirin 125 illiyi ilə bağlı tədbir keçirilib. Göygöldə el sənətkarının adını daşıyan parkda aşığın abidəsini ziyarət edildikdən sonra qonaqlar filarmoniyanın foesində Dədə Şəmşirin sağlığında və ölümündən sonra müxtəlif çap olunan kitablarla tanış olublar. fotalarına tamaşa ediblər. Ədibin doğma yurdu Kəlbəcərdən, həmçinin zəngin yaradıcılığından bəhs edən videoçarxın nümayişindən sonra Şəmşir Qocayevin yaradıcılığına nəzər salınıb, onun ifasından 70-dən çox saz havasının yazıya alınaraq tədqiq olunduğuna diqqət çəkilib. Yubiley gecəsində aşıqlar Dədə Şəmşirin yazdığı nəğmələri oxuyub, sənətkarın sözlərinə bəstlənən mahnılar ifa edilib, aşığın şeirləri səsləndirilib. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən bir qrup şəxs diplomla təltif edilib, aşığın 125 seçmə şerindən ibarət “Dədə Şəmşir Ərməğanı” adlı yeni çap olunan kitabın təqdimatı olub.

Şikufə Qurbanova Aşıq Şəmşirin qızı – “Mənim atam yüksək mədəniyyətli, yüksək tərbiyyəli, təmiz ürəkli saf qəlbli bir ata olub. Eşitmədik ki, atamız bizə ağır kəlmə deyə. Onun bircə baxışı bizə bəs idi. Xəstələnənlərə sazla şəfa verirdi. Onun sazında da bir sehr var idi. Ağılı dəryadan tərbiyyəsi haqdan verilmişdi. Yaşadanları deyirəm Allah yaşatsın”.

Məhərrəm Qasımlı - Azərbaycan Aşıqlar Birliyinin sədri: – “Dədə Şəmşirin yubleyi ilə cənab prezidentin verdiyi sərəncamdan irəli gələrək Azərbaycanın müxtəlif bölgələrində o cümlədən Bakıda bir çox tədbirlər keçirilməkdədir. Bundan sonra Bakıda zirvə toplantısı keçirilib başa çatacaqdır. Ancaq Aşıq Şəmşir elə sənətkardı ki, o yubleydən yubleyə xatırlana bilməz. Onun sənəti sözü hər gün hər saat xalqın ürəyindədir, xalqla birlikdədir”.

 

Elnur Vahidoğlu