KepezTV Player
Azərbaycanın müstəqil ölkə kimi konstitusiyasının qəbul edilməsinin 23 illiyi Samuxda qeyd edilib. Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının qərargahında təşkil olunan dəyirmi masada ana qanunun qəbul olunması ilə əldə olunan uğurlardan geniş bəhs ediblər. 2002, 2009 və 2016-ci illərdə keçirilən referendumlarda konstitusiyaya edilən dəyişikliklər konstitusiyanın müasir çağırışlara və beynəlxalq normalara uyğunlaşdırmağa imkan yaradıb. Bu gün Azərbaycanın demokratik bir ölkəyə çevrildiyi, beynəlxalq tədbirlərə ev sahibiliyi etdiyi, dünya birliyinin nüfuzlu və etibarlı üzvünə çevrildiyinə diqqət çəkilib. Tədbirdə tarixi günlə bağlı müxtəlif məruzələr səsləndirilib.
Natiq Hüseyn
- Baxış: 652