• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 690
— 12.11.2018 10:03

İtaliyanın antiterror bölməsi zirehli Jeep Grand Cherokee ilə təmin olundu

İtaliya polisi 19 ədəd zirehli Jeep Grand Cherokee yolsuzluq avtomobili ilə təmin olunub. İlk maşınlar artıq Romada antiterror bölməsi tərəfindən istifadə olunur. Ofroudların şüşə, kuzov və şinləri zirehlidir. Maşınlar xüsusi rənglərinə və siqnallarına görə də seçilir. Salonda 7 düymlük planşet quraşdırılıb. Özəl system sayəsində cihaz polis məlumatları ilə əlaqələndirilə bilir. Jeep Grand Cherokee 3,0 mlitrlik V6 Multijet dizel motoru ilə komplektləşir. 190 at güclü mühərrik avtomatik sürət qutusu ilə və tam ötürücü sistemlə birləşir.