• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2010
— 12.11.2018 10:02

Susuz işləyən unitaz təqdim edilib

Milyarder və filantrop Bill Qeyts susuz və kanalizasiyaya qoşulmadan işləyən unitaz nümayiş etdirib. İnnovativ qurğu Pekində keçirilmiş sərgidə göstərilib. Qeytsin sözlərinə görə, bu unitaz susuz işləyir və kanalizasiyaya qoşulmasına ehtiyac yoxdur. Unitaz kimyəvi reaktivlərin köməyi ilə insan orqanizminin tullantılarını gübrə və təmiz suya çevirir. Sanitar qurğunun hazırlanmasına təxminən 7 il vaxt sərf edilib və 200 milyon dollar xərclənib. Milyarderin sözlərinə görə, insan orqanizminin tullantılarının yenidən emal edilməsinə yeni yanaşma körpə ölümü ilə bağlı vəziyyəti yaxşılaşdırmağa kömək edəcək, həmçinin suyun keyfiyyətinin aşağı olması və sanitar şəraitin pis olması ilə əlaqədar vəba, diareya və başqa təhlükəli xəstəliklərlə mübarizə xərclərini illik 233 milyard dollar azaldacaq.