• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1822
— 10.11.2018 16:35

Şəmkir Olimpiya İdman Kompleksində məktəbli qızlar voleybolda gücünü sınayıb

KepezTV Player

Təhsil, Gənclər və İdman Nazilriklərinin, Milli Olimpiya Komitəsinin və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə, Şəmkir Olimpiya İdman Kompleksində məktəblilər arasında idman yarışları davam edir. Bu dəfə məktəbli qızlar voleybolda gücünü sınayıb. Yarışın təntənəli açılış mərasimində ölkəmizdə idmanın bu növünə olan maraqdan və qadınlardan ibarət yığma komanadanın qazandığı uğurlardan danışılıb. Rəsmi hissədən sonra yarışlara start verilib. 22 məktəbin komandası olimpiya sistemi üzrə qalib adı uğurunda mübarizə aparıb. Ən güclü olan komanda Şəmkiri zona yarışlarında təmsil etmək hüquqi qazanacaq. Eyni zamanda məşqçilər heyəti qızlardan ibarət Şəmkir yığma komandasının tərkibini də müəyyənləşdirəcək.

Südabə Vəliyeva fiziki tərbiyyə və idman işləri üzrə metodist:Bu çempionatın məqsədi məktəbliləri sağlam ruhda böyütmək idmanın kütləviliyinə nail olmaq və sağlam düşüncəli yeniyetmələr yetişdirməkdən ibarətdir. Bu gün bizim rayonumuzda idmana xüsusi qayğı göstərilir. Keçirilən qızlar arasında voleybol yarışlarınada biz daha ciddi hazırlaşmışıq.