• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2113
— 10.11.2018 16:22

Gəncə Dövlət Kukla Teatrında paralel olaraq iki tamaşanın məşqləri gedir

KepezTV Player

Səhnə əsərləri teatrın bu il təhvil verəiləcək sonuncu tamaşalardı. İsveç yazıçısı Lindqrind Aztridin “Karlson” əsəri əsasında hazırlanan eyni adlı tamaşanın quruluşçu rejissoru Mahirə Haqverdiyeva, quruluşçu rəssəmı isə Əntiqə Bədirovadır. 50 dəqiqəlik bu tamaşada tetarın bütün yaradıcı kollektivi iştirak edir. Noyabırın sonlarında primyerası olacaq tamaşada canlı aktyorlar eləcə də kuklalarla yanaşı ilk dəfə olaraq böyük ölçülü kuklalardan da istifadə olunacaq. Teatrın səhnəsində məşqləri gedən digər tamaşa isə Əli Səmədlinin “Meşə Çaqqalsız olmaz” əsəri əsasında hazırlanan tamaşadır. Xudayət Əsəgərovun quruluş verdiyi bu tamaşanın quruluşçu rəssamı isə Sara Məmmədovadır. Bu səhnə əsərində baş rolulları Zülfiyyə Əliyeva, Mahirə Haqverdiyeva eləcə də teatrın digər aktyorları oynayır. Bu tamaşa isə dekabr ayının sonlarında təhvil veriləcək.

Fərmayıl Pşayev Gəncə Dövlət Kukla Teatrının direktoru:Bizim tamaşaçı zalımızda əyləşən balaca oğlanlar və qızlar gələcəyin ən gözəl sənət sahibləri olacaq. Çalışırıq ki, hər zaman uşaqların qəlbini, ruhunu, könlünü oxşayacaq tamaşalara üstünlük verək.

Səməd Xanəhmədov aktyor:Karlson tamaşasında mən baş rolu akarlsnı oynayıram. Bu rolda mən balaca bir uşağın arzıularını yerinə yetirirəm.

Mahirə Haqverdiyeva aktrisa:Meşə çaqqalsız olmaz tamaşasında mən çaqqal obrazını yaradırıam. Bu obrazda bizim olmayan torpağı istiyirik ki, hamını aldadaq ki, o torpaqda bizim ulu babalarımız yaşayıb. Sonluqda bəlli olur ki, biz hardansa gəlmişikamma deyirik ki, bu torpaq bizimdi, bu el bizimdir. Muharibə başlanan dövrlərdə yazılıb bu əsər. Ona gördə bu gün də əsər aktualdı.