• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2455
— 10.11.2018 15:33

Şəmkirdə əkin sahəsinin suvarılması yaxşılaşdırılır

KepezTV Player

İqtisadiyyatının əsasını aqrar sektor təşkil edən Şəmkirdə suvarma suyuna olan ehtiyacı ödəmək üçün mövcud kanal və arxların təmizlənməsi davam etdirilir. Məqsəd Şəmkirçay Su Anbarından çıxan suyun vaxtında və itkisiz təsərürfatlara çatdırılmasıdır.

Melioarasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Şəmkirdə fəaliyyət gsötərən yerli qurumlarının texnikası və işçi qüvvəsi hazırda rayon ərazisində keçən Kotançı kanalında lildən təmizləmə işləri aparır. Ümumi uzunluğu 25 kilometr olan kanal Seyfəli kəndində yerləşən 1000 hektara yaxın əkin sahəsinə xidmət göstərir. İllərdir suvarma suyundan əziyyət çəkən kəndin sakinləri görülən işləri minnətdarlıqla qarşılayır.

Qüdrət Əliyev sakin: Seyfəli kəndi elə gözəl yerdə yerləşib. Əkinçilik üçün təsərrüfatımız var. Məhsuldarlıqda normaldır. Su ilə təmin olunandan sonra bizim camaatımız zəhmətkeş çamaatdır. Daha yaxşı olacaq.

İlham Bayramov sakin: Bizim kəndin Qaraəhmədli zonası var ki o ərazi yayda su sarıdan çox əziyyət çəkirdi. Mən düşünürəm ki bu təmizlik işlərindən sonra o ərazilərdə normal su ilə təchiz olunacaq.

Faiq Əhmədov sakin: Əkin sahələrimiz sudan qıtlıq çəkirdi. Çox əziyyətimiz olurdu. İndi bu görülən işləri görüb çox sevinirik.Yəqin ki gələn ilin bunun bəhrəsini görəcəyik. 

Şəmkirli melioratorlar eləcə də Nadirşah, Morul, Keçili və Dəllər kanallarında da təmizlik işləri görür. Artıq Nadirşah kanalının lildən və kol kosdan təmizlənməsi yekunlaşıb. Şəmkir Suvarma Sistemləri İdarəsindən verilən məlumata görə, həyata keçirilən tədbirlər əvvəlki illərdə suvarmada yaranan problemləri tam aradan qaldıracaq.

Mirbəşir Ələsgərov Şəmkir Suvarma Sistemləri İdarəsinin baş mühəndisi: Mütəmadi olaraq kanallar lilldən və kol kosdan təmizlənir. Suvarma Sistemləri İdarəsinin balansında 898 kilometr kanal var. Bu kanallardan ən ağırı Kotançı kanalıdır. Kotançı kanalında bu gün kompleks tədbirlər görüldü.

Şəmkir rayonunda mövcud olan 40 min 500 hektar suvarılan torpaq sahəsini normal su ilə təchiz etmək üçün Şəmirçay Su Anbarı ilə yanaşı 800-ə yaxın subartezian quyusundan, 17 nasos stasiyasından, eləcə də rayon ərazisindən keçən çay və kanallardan istifadə olunur.

Natiq Hüseyn