• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2130
— 10.11.2018 14:56

Mustafa Kamal Atatürk ölümünün 80-ci ildönümündə Gəncədə anılıb

KepezTV Player

Türkiyə Cumhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ölümünün 80-ci il dönümü Türkiyənin Gəncədəki Baş Konsuluğunda qeyd olunub. Tədbirdə türk dünyasının böyük şəxsiyyətlərindən sayılan Atatürkün həyat və yaradıcılığından söz açılıb. Konsul Zeki Öztürk Mustafa Kamal Atatürkün Azərbaycanla bağlı sözlərini  dilə gətirərək Azərbaycanın kədəri kədərimizdir, sevinci isə sevincimizdir kəlməsinin, iki qardaş ölkə arasında sıx əlaqələrin mövcudluğuna diqqət çəkib. Anim tədbirində Atatürklə bağlı vidoçarxlar izlənilib, onun adı ilə bağlı şeirlər dinlənilib.

Zeki Öztürk - Türkiyənin Gəncədəki Baş Konsulu: “Bu gündən 1920-ci ilə baxıb, o tarixi dəyərləndirmək çox çətin olar. O tarixdə, ağır şərtlərlərdə öz  silahdaşları ilə bir dövləti meydana gətirmək, müstəqiliyini saxlamaq türk dünyası üçün böyük bir hadisədir. Bunu üçün Mustafa Kamal Atatürkü ölüm il dönümündə hörmətlə və rəhmətlə xatırlayırıq.

Xaliq Qurbanlı