• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 771
— 09.11.2018 14:15

Goranboy rayonunu Qaradağlı kənd sakini evinin dam örtüyünü Azərbaycanın bayrağı ilə bəzəyib

KepezTV Player

Azərbaycan Respublikasının üçrəngli bayrağı hər bir azərbaycanlı üçün müqəddəs,əziz və dəyərli olmalıdır. Elə Goranboy rayonunu Qaradağlı kənd sakini İlqar İsmayılov evini dam örtüyünü Azərbaycanın bayrağı ilə bəzəyib. Qarabağ müharibəsi iştiakçısı bunula bayrağımıza olan sevgisini nümayiş etdirməklə gənc nəsilə nümunə olamağa çalışır.

d1-ci Qarabağ müharibəsində döyüşə həkim kimi könüllü yollanan İlqar İsmayılov Xankəndi istiqamətində gedən döyüşlərdə 2 dəfə ağır yaralanıb. Vətənini, xalqını, dövlətini və bayrağını canı qədər sevən molla ləqəbli həkim yenidən cəbhənin qaynar nöqtələrinə gedir. 5 illik xidməti dövründə 100-lərlə əsgər və zabitin yaralarına məlhəm olan İlqar İsmayılov döyüşçü yoldaşlarını sağlaması, həyata qayıtması üçün əlindən gələni edib. Goranboy rayonunu Qaradağlı kəndində yaşayan 58 yaşlı veteran evini dam örtüyünə Azərbaycanın bayrağını həkk elətdirib. Bunula o bayrağımıza olan sevgi və hörmətini kənd sakinlərinə, eləcədə bura qonaq gələnlərə aşılamaqdadır.

İlqar İsmayılov  - Qarabağ müharibəsi iştiakçısı “Darvazanın bir hissəsinə öz bayrağımızı, o biri hissəsinə isə türk bayrağını həkk elətdirəcəm.  Bu hisslər mənim içimdən gəlir, kimsə bunu mənə demir ki...Mən vətənimin,elimin, obamın övladıyam və bu bayraq mənim rəmzimdir, həyatımdır, Azərbaycanın gələcəyidir. Azərbaycanın yüksəkliyi,rəmzi, varlığı o bayraqdır və mən üçrəngli bayraqla nəfəs alıram 

Hazırda hərbi hissələrdə, ali və orta təhsil müəssilərində könüllü olaraq hərbi vətənpərvərlik mövzuda görüşlər aparan  Qarabağ müharibəsi vetranı gənc nəslin xalqa, dövlətə və Azərbaycanı milli atributlarına sevgi aşılamaqda davam edir. Vətənpərvər vetran bu gün döyüşçü yoldaşları ilə Bayraq Günü münasibəti ilə kənd yolunda könüllü ağacəkmə kompaniyasıda aparıblar. Yol kənarlarına çinar ağacları əkib, onların suvarılmasını təmin ediblər.