• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 920
— 09.11.2018 14:26

Dövlət Bayrağı Günü Şəmkir, Samux və Goranboyda silsilə tədbirlərlə yadda qalıb

KepezTV Player

Şəmkirdə Bayraq günü təntənə ilə qeyd olunub. Tarix Diyarşünaslıq Muzeyində təşkil edilən tədbirdə üçrəngli bayrağımızın işğal altında olan ərazilərimizdə dalğalanacağına əminlik ifadə olunub. Məktəblilərin ifasında kompozisiyalar, vətənpərvərlik və bayrağa həsr edilən şeirlər, rəqs nömrələri, səhnəcik və mahnılar nümayiş olunub. Tədbir iştirakçıları həmçinin Muzeydən Dövlət Bayrağı Meydanına qədər yürüş ediblər. Yürüşün keçirilməsində məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi dəyərlərin aşılanmasıdır. Bayraq günündə Yeni Azərbaycan partiyasının Şəmkir rayon təşkilatının fəal üzvləri ağackmə aksiyasına qoşularaq Heydər Əliyev prospektində 200-ə yaxın ağac əkiblər. İştirakçılar prospektdə mövcud əkilən ağaclara aqrotexniki qulluqda göstəriblər.

Samuxda bayram günü tədbiri Heydər Əliyev mərkəzində məktəblilərin dövlət atributlarına aid əl işləri ilə tanışlıqla başlayıb. Daha sonra 1000-ə yaxın rayon sakininin iştirakı ilə Heydər Əliyev parkından Dövlət Bayrağı Meydanına qədər yürüş olub. Bayram tədbirində çıxış edənlər Dövlət Bayrağı Gününün qeyd olunmasını dövlətçilik tariximizin əlamətdar hadisəsi kimi qiymətləndirib. Azərbaycan dövlətinin və istiqlalının müqəddəs rəmzlərindən olan bayrağın milli kimliyimizin simvolu və bu il 100-cü ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olduğu vurğulanıb. Rəsmi hissədə Bayraq günü münasibəti ilə təşkil edilən idman yarışlarının və inşa yazı müsabiqələrinin qaliblərinə fəxri fərman təqdim olunub. Tədbir yerli mədəniyyət işçilərinin hazırladığı konsert proqramı ilə davam edib.

Dövlət Bayrağı Günü münasibəti ilə Goranboyda da tədbir keçirilib. İçtimayyə nümayəndələri əvvəlcə bu il istifadəyə verilən Bayraq muzeyini ziyarət edib, burada müxtəlif zamanlara aid olan Azərbaycanın dövlət və xanlıqlarını atributları ilə yaxından tanışlıq olub. Dövlət Bayrağı meydanında düzənlənən bayram tədbirində çıxış edənlər 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilən üçrəngli dövlət bayrağının dəyərlərindən danışıblar. Azərbaycan Respublikasının dövlət bayrağı hər bir azərbaycanlının qürur mənbəyi olduğuna diqqət çəkilib. Bayram tədbiri konsert proqramı və idamnçıların nümunəvi çıxışları ilə davam edib.

 

Natiq Hüseyn

Xaliq Qurbanov