• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2502
— 09.11.2018 13:08

İnəyi vuran maşındakı 3 nəfər yaralanıb

KepezTV Player

Ağdaş rayonunda da yol-nəqliyyat hadisəsi baş verib. Ləki-Pirəyir yolu ilə hərəkətdə olan “VAZ-2106” markalı avtomobil qarşısına çıxan iribuynuzlu heyvanı vurub. Nəticədə Kotavan kənd sakinləri - sürücü Xəyal Şıxaliyev, atası Məhəmməd Şıxaliyev və yaxın qohumu Əfsanə Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan Məhəmməd Şıxaliyevin vəziyyəti ağırdır. Bu səbəbdən onun paytaxt klinikalarından birinə göndərilməsi qərara alınıb. Faktla bağlı araşdırma aparılır.