KepezTV Player
Pambıqçılıqda yüksək məhsudlıq əldə etmək üçün yerli sortlarla xarici sortlar yarışdırılır. Əsasən Türkiyə, Çin və Yunanıstanın lif çıxımı çox olan ekoloji təmiz pambıq çiyidinin əkilməsi ilə təcrübələr aparılır. Pambıqçılığın inkşafına dair dövlət proqramının icrasına hədəflənmiş iş aqrar sektorun inkişafına təkan verəcək.
Müasir dövrdə kənd təsərrüfatının inkişafı üçün xarici təcrübənin öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə Türkiyənin pambıq sortlarının Azərbaycanda sınağı və texnologiyasının tətbiqini nəzərdə tutan yeni layihəyə start verilir. Beyləqanda 15 Türkiyə, 4 yerli pambıq sortunun əkilməsi ilə müqayisəli qiymətləndirilmə aparılacaq.
Jalə Qurbanova
- Baxış: 602