• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2044
— 09.11.2018 10:03

Huawei-dən 6 kameralı smartfon-slayder

Çinin Huawei şirkətinin brendi Honor, Magic 2 adlı qeyri-adi smartfon nümayiş elətdirib. Onun nə az, nə çox 6 kamerası var. Aparat 6,39 düymlük nazik çərçivəli AMOLED ekran da qazanıb və sürüşmə konstruksiyasına görə yuxarı hissədəki çıxıntıdan məhrum olub. Smartfon Huawei-in özünün istehsal etdiyi Kirin 980 prosessoru ilə işləyir. Honor Magic 2, 6/8 QB operativ, 128/256 QB daxili yaddaşla təklif olunur. Mobil cihaz ekranda barmaq izlərini tanıyan skanerə də sahibdir. Əsas kamera 24 və 16 meqapiksellikdir. Ön tərəfi aşağı sürüşdürməklə meydana çıxan kamera isə 16 və 2 MP ölçüdə çəkir. Smartfonun batareyası 3400 mAs həcmindədir və sürətli enerji yığmanı dəstəkləyir. Artıq satışa çıxan Honor Magic 2-nin dəyəri 545 dollardan başlayır.