• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2003
— 09.11.2018 10:02

Tamamilə avtomatlaşdırılmış mehmanxana işə başlayır

Alibaba şirkəti tərəfindən yaradılmış və hazırlanmış "ağıllı" mehmanxana tezliklə Çinin Xançjou şəhərində sınaq rejimində fəaliyyətə başlayacaq. Ənənəvi mehmanxanalardan fərqli olaraq burada xidmətlər, demək olar ki, tamamilə avtomatlaşdırılacaq. Bu mehmanxanada hotel nömrəsini mobil proqram vasitəsilə bron etmək mümkündür. Girişdə qonaqları robot qarşılayır. Bundan sonra robot qonaqları liftə yola salır və müvafiq mərtəbəyə qalxmaqda onlara kömək edir. Sifətin tanınması sistemi və bədən hərəkətləri sayəsində hotel nömrəsinin qapısı avtomatik açılır, həmçinin lift avtomatik gəlir. Qonaq hotel nömrəsində səs vasitəsilə pəncərənin pərdələrini idarə edə, televizoru yandıra və söndürə, işıqlandırma sistemini idarə edə, yemək sifariş edə bilər. Sözügedən mehmanxanada hesablama və ödəniş, həmçinin sifətin tanınması sisteminin köməyi ilə həyata keçirilir.