Bu günə xəbərlərin oxunma sayı: 1171
— 09.11.2018 02:48

Sürücü vurduğu azyaşlını xəstəxanaya çatdırdı

KepezTV Player

Goranboyda yol qəzası olub. Hadisə rayonun Xanqərvənd kəndi ərazisində baş verib. Goranboy rayon Yeniyol kənd sakini, 29 yaşlı İdris Babayev idarə etdiyi "VAZ 2106" markalı avtomobillə 6 yaşlı Gülay Rzazadəni vurub. Sürücü özü zərərçəkəni Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanadan verilən məlumata görə, azyaşlının xəsarəti yüngüldür. Fakt araşdırılır.