• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1517
— 08.11.2018 14:28

Azərbaycanda Türkiyənin pambıq sortlarının sınağı və texnologiyasının tətbiqini nəzərdə tutan yeni layihəyə start verilir

KepezTV Player

Bu məqsədlə Türkiyənin pambıqçılıq institutu, kənd təsərrüfatı araşdırmaları institutu və toxumçuluq üzrə şirkətlərin nümayəndələri Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda olub. Qonaqlar müxtəlif laboratoriyalar, xüsusilə pambıq xəstəliklərinə qarşı istifadə olunan bioloji mübarizə üsulları ilə tanış olublar. Xəstəlik və zərərvericilərə qarşı tətbiq olunan bu üsulların məhsuldarlıqda əhəmiyyəti xüsusi vurğulanıb. Azərbaycanda bundan başqa Çin və Yunanıstanın pambıq sortları və texnologiyalarının tətbiqi nəzərdə tutulur. Aparılan yoxlama əkinləri ilə sonda daha çox məhsuldar sortlar seçilərək geniş ərazidə əkiləcək.

Yaqub Quliyev - Aqrar Elm və İnnovasiyalar Mərkəzinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri: “Layihə çərçivəsində Beyləqanda 7 ha sahədə yer ayrıldı. 15 Türkiyə, 4 yerli pambıq sortunun birgə müqayisəli qiymətləndirilməsi və yeni texnologiyanın tətbiqi nəzərdə tutulur. Yeni texnologiya 3 innovastiv elementi özündə birləşdirir. Bunlardan biri ilk dəfə Azərbaycanda tirə əkin metodu ilə pambıq əkinidir. Damcılı suvarma tətbiq olunacaq. 3-cü isə yeni pambıq sortalrın ölkəyə gətirlməsi və müqayisəli qiymətləndirilməsindən ibarətdir”.

Mustafa Koray - Şimşək Pambıq Araşdırma İnstitutunun müdiri: “Burada olmağımızda məqsəd Azərbaycan ölkə pambıqçılığını iş birliyi ilə bir az daha irəliyə aparmaqdır. Azərbaycana uyğun ən uyğun pambıq çeşidini əldə etməyi hədəfləyirik. Azərbaycanın məhsuldarlıqda problemlərini bildiyimiz üçün daha yüksək məhsuldarlıq əldə etmək üçün nələr edilə bilər? Xüsuilə aqrotexnik ehtiyacları nələrdir? Nə problemləri var? Bunu necə həll edə bilərik? Bu çərçivədə burada bir sınaq aparmağı planlaşdırmışıq”.