• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1155
— 08.11.2018 14:57

Gədəbəydə güzəştli kreditlərdən istifadə etməklə mineral süfrə suları istehsalı müəssisəsi yaradılır

KepezTV Player

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə növbəti işgüzar forumu Gədəbəy rayonunda keçirib. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Gədəbəy rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan kənd turizmi layihələrinin maliyyələşdirilməsi, otelin, kartofçuluq təsərrüfatı, meyvə emalı, xalça istehsalı, bal emalı və qablaşdırılması müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.  İşgüzar forum çərçivəsində Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara 2,5 milyon manat güzəştli kredit verilib. Tədbir çərçivəsində Gədəbəy rayonunun Miskinli kəndində dövlətin güzəştli krediti ayrılan və ildə 16 milyon litr süfrə suları istehsal etmək gücündə olan mineral süfrə suları istehsalı müəssisəsində görülən işlərə baxış keçirilib.

Abdulla Abdullayev - sahibkar: Biz Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmişik. Fondun əməkdaşları tərəfindən yerində araşdırma aparılıb. Müəyən edilib ki, bu layihə realdır. Ona görə də güzəştli kreditlərin verilməsinə müsbət rəy verilib.

Arif Vəliməmmədov - Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini: Bu kreditlər regionda fəaliyyət göstərən mebel istehsalı müəssisəsinin yaradılmasına o cümlədəndə Gədəbəy rayonunda yeni yaradılan mineral süfrə sularının istehsalı müəssisəsinin yardılmasına yönəldilib. Bu istehsal müəssisəsinin yaradılması birinci növbədə daxili təlabatı ödəməklə yanaşı mineral suların xarici bazara çıxarılmasınada imkan yaradacaq.

Natiq Hüseyn